Cüdo üzrə DÇ-nin bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub - FOTOLAR

Sentyabrın 26-da Bakıda keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində yarışın keçici bayrağı növbəti mundiala ev sahibliyi edəcək Yaponiya nümayəndəsinə təqdim olunub. SİA-nın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev bayrağı Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə təqdim edib.

Sonra ali cüdo qurumunun rəhbəri bayrağı Ümumi Yaponiya Cüdo Federasiyasının prezidenti Yasuhiro Yamaşitaya verib.

Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempionatı 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə