Yaponiya millisi Bakıda keçirilən DÇ-də liderliyini davam etdirir

Yaponiya millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında komanda hesabında liderliyini davam etdirir. SİA-nın məlumatına görə, yaponiyalı cüdoçular Bakı mundialında 6 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar.

Koreya Respublikası 2 qızıl və 1 bürünc medalla ikinci, Fransa yığması isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla üçüncü pillədə yer alıblar. Aktivində 1 qızıl və 1 bürünc medal olan İran və Ukrayna seçmə komandaları 4-5-ci pilləni bölüşürlər.

İyirmi bir ölkədən cüdoçular mükafatçılar sırasında yer alıblar. Hesabında 1 bürünc medal olan Azərbaycan millisi 16-cı pillədə qərarlaşıb. Medalı millimizə 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə