Azərbaycan cüdoçusu DÇ-də təsəlliverici görüşlərdə iştirak edəcək

Azərbaycan cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşlərdə iştirak edəcək. SİA-nın məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində yarışan 27 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə litvalı Sandra Yablonskiteyə 2 dəqiqə 28 saniyəyə ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi puerto-rikolu Melissa Moxika olub. İdmançımız bu rəqibindən də üstün olub. 1/4 final mərhələsində isə bosniyalı Larisa Çeriçlə üz-üzə gələn cüdoçumuz məğlubiyyətdən qaça bilməyib.

Beləliklə, İ.Kindzerska təsəlliverici görüşlərə qatılacaq. Bu mərhələdə cüdoçumuzun ilk rəqibi türkiyəli Kayra Sayıt olacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə