Kafu: "Hər bir komanda müsbət nəticə qazana bilər" - MÜSAHİBƏ

İkiqat dünya çempionu, əfsanəvi futbolçu Kafu Azərbaycana səfəri çərçivəsində jurnalistlərə müsahibə verib. SİA futbolçunun müsahibəsini nəzərinizə çatdırır:

- Azərbaycan futbolu haqda nə bilirsiniz?

- Bakıya gələndən sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FIFA-nın yeni layihələri çərçivəsində Bakıya yenidən səfər edə bilərəm.

- "Qarabağ" Avropa Liqasında "Arsenal" və "Sportinq" kimi komandalarla rəqabət apara bilərmi?

- Meydanda olanda hər şey özündən asılıdır. İlk öncə özünə inanıb meydana çıxmalısan. Hər bir komanda müsbət nəticə qazana bilər.

- Sabiq komandanız İtaliya "Roma"sının ötən mövsüm Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdiyi oyunlara baxmısınız?

- Təəssüf ki, həmin oyunu izləyə bilməmişəm.

- Azərbaycanda çıxış edən braziliyalı oyunçulardan kimisə tanıyırsınız?

- Braziliyalı futbolçular dünyanın hər yerində çıxış edir. Bu, sevindirici haldır.

- Uzun müddətdir braziliyalı oyunçular dünyanın ən yaxşı futbolçusu seçilə bilmir. Neymar bu uğursuz ənənəyə son qoya bilərmi?

- Neymar dünyanın ən güclü futbolçularındadır. İnanıram ki, o növbəti dünya çempionatlarında Braziliya yığmasının uğur qazanmasına töhfə verəcək. Neymar gələcəkdə "Qızıl top" mükafatını ala bilər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB