İtaliya millisinin sabiq futbolçusu dopinqə görə futboldan uzaqlaşdırıla bilər

Futbol üzrə İtaliya milli komandasının sabiq futbolçusu Cuzeppe Rossi dopinqdən istifadə etdiyinə görə bir illik futboldan uzaqlaşdırıla bilər. "Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, ötən mövsüm "Benevento"nun "Cenoa"nı 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra 31 yaşlı hücumçudan götürülən dopinq nümunəsi müsbət nəticə verib. O, həmin qarşılaşmada "Cenoa"nın heyətində 57-ci dəqiqədə meydana daxil olub.

İtaliya Antidopinq Agentliyi Rossinin bir il müddətinə futboldan kənarlaşdırılmasını tələb edib. Bu iş üçün məhkəmə prosesi oktyabrın 1-nə təyin olunub.

Qeyd edək ki, hazırda azad agent statusuna malik olan Cuzeppe Rossi karyerası ərzində İngiltərənin "Mançester Yunayted", "Nyukasl", İtaliyanın "Fiorentina", "Parma", "Cenoa" və İspaniyanın "Selta", "Levante", "Vilyarreal" kimi klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə