Aleksandr Əliyev Ukraynada baş məşqçisi təyin olunub

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyevin yeni iş yeri məlum olub. Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı veteran yarımmüdafiəçi "Meliorator" klubunun uşaq akademiyasının baş məşqçisi təyin olunub.

Qeyd edək ki, Azərbaycan əsilli A.Əliyev Rusiyanın “Anji”, "Lokomotiv", Ukraynanın "Metallurq", "Dinamo" və "Dnepr" kimi komandalarında çıxış edib. O, son olaraq Ukraynanın həvəskarlar Liqasında yarışan “Xmelnitski" komandasını çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə