Zidan gənc futbolçunu "Real"a yönəldir

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-nin futbolçusu Kilian Mbappeni Madrid klubunda görmək istəyir. Bunu İspaniyanın “Okdiario” kanalının “El Chiringuito” teleşousunun aparıcısı Eduardo İnda deyib. İspaniyalı ekspert bildirib ki, Zidan ötən gün FİFA-nın ilin qaliblərini mükafatlandırdığı tədbirdə gənc hücumçuya “Real”a keçməyi məsləhət görüb:

“Zidan mərasimə hazırlıq zamanı Mbappe ilə qarşılaşdı və ona eynən belə dedi: “Kilian, sən mütləq “Real” üçün oynamalısan”. Qeyd edək ki, bir müddətdir 19 yaşlı hücumçunun “Real”ın transfer hədəfində olması haqda xəbərlər yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə