Florentino Peres: “Real” Ronaldonun evidir

“Real “ın prezidenti Florentino Peres FİFA-nın ilin ən yaxşılarını seçdiyi “The Best” tədbirində Kriştiano Ronaldo barədə açıqlama verib. Klub rəhbəri açıqlamasında “Real”ın Ronaldonun evi olduğunu bildirib. O, fikirlərinə əlavə edib: “Ronaldo bütün “Real" azarkeşlərinin qəlbindədir. Mükafatlandırma mərasiminə gəlsəydi, onu qucaqlayacaqdım. Ronaldo bir gün həmişəlik "Real"a qayıdacaq".

Qeyd edək ki, portuqaliyalı futbolçu yay fasiləsində İtaliyanın “Yuventus” klubuna transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə