Fransalı cüdoçu: "Bakıda medal qazanmaq üçün bütün gücümdən istifadə edəcəyəm" - AÇIQLAMA

Bakıda Milli Gimnastika Arenasında dünya çempionatı yüksək səviyyədə təşkil olunub. İdman qurğusu möhtəşəmliyi ilə məni heyran etdi. Ümumiyyətlə Bakıda müasir və gözoxşayan binalar çoxdur". SİA-nın məlumatına görə, bunu Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatında çıxış edən fransalı idmançı Madeleyne Malonqa deyib.

Mundiala dünyanın ən güclü cüdoçularının qatıldığını bildirən M.Malonqa bildirib ki, Almaniya və Qazaxıstandan olan rəqiblərinə asanlıqla qalib gəlib: "Ancaq 1/4 finalda çinli idmançıya məğlub oldum və təsəlliverici görüşdə iştirak hüququ qazandım. Rəqibim britaniyalı idmançı olacaq. Bakıda medal qazanmaq üçün bütün gücümdən istifadə edəcəyəm. Ümid edirəm ki, mükafatçılar sırasında yer alacağam".

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...