"Sumqayıt"ın məşqçisi hakimə fiziki təsir göstərdiyinə görə cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, Topaz Premyer Liqasının V turunun “Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Keşlə”nin hücumçusu Andre Klennon ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt"ın məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanıb, klub 8000 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə