Bojan Dosen: "Dünya çempionatında zəif rəqib olmur" - AÇIQLAMA

"İlk iki rəqibimə qalib gəldim. Lakin 1/8 finalda niderlandlı cüdoçu ilə görüşdə məğlub oldum. Mübarizəni dayandırdığıma görə məyus olmuşam". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kq çəki dərəcəsində mübarizə aparan serbiyalı idmançı Bojan Dosen deyib.

O qeyd edib ki, ən güclülər mübarizə apardığı üçün dünya çempionatında yarışmaq asan deyil: "Bakıda dünyanın ən güclü cüdoçuları yarışırlar. Dünya çempionatında zəif rəqib olmur. Medal qazanmaq üçün bütün gücümdən istifadə etdim, lakin alınmadı".

İdmançı Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini, burada hər cür şərait yaradıldığını vurğulayıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə