Bakıda keçirilən DÇ-də 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar

Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, sentyabrın 27-dək davam edəcək çempionatda 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar. 125 ölkədən 800-dək cüdoçunun mübarizə apardığı mundialda Yaponiya millisi 13 medalla (5-5-3) komanda hesabında birinci pillədə qərarlaşıb. Fransa seçməsi (1-1-2) ikinci, Koreya Respublikası (1-0-1) isə üçüncü yerdədir.

Hesabında 1 bürünc medal olan Azərbaycan millisi 14-cü pillədə yer alıb. Medalı millimizə 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə