Bakıda keçirilən DÇ-də daha 2 çəkidə yarımfinalçılar müəyyənləşib

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının 5-ci gününün yarımfinalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, 125 ölkədən 800-dək cüdoçunun mübarizə apardığı çempionatda kişilər arasında 90 kiloqram çəki dərəcəsində finala gedən yolda kubalı İvan Felipe Silva Morales Fransa təmsilçisi Aksel Klerqet ilə, Macarıstan cüdoçusu Kristian Tot isə İspaniya idmançısı Nikoloz Şerazadişvili ilə üz-üzə gələcək.

Qadınlar arasında 70 kiloqram çəkidə yarımfinal mərhələsində Puerto-Riko təmsilçisi Maria Perez yaponiyalı Çizuru Arai ilə, Fransa cüdoçusu Maria Yeva Qahie isə mərakeşli Assmaa Nianq ilə qarşılaşacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...