TPL-in 5-ci turunu neçə azarkeş izləyib?

Topaz Premyer Liqasının 5-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun ilk görüşü "Bayıl Arena"da "Səbail" və "Sabah" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 1000 nəfər izləyib.

"Dalğa Arena"da baş tutan "Zirə" - "Neftçi" matçında 600, "Ask Arena"da reallaşan "Keşlə" - "Sumqayıt" qarşılaşmasında isə 400 azarkeş qeydə alınıb.

"Azersun Arena"da keçirilən "Qarabağ" - "Neftçi" qarşılaşmasını isə 2300 min azarkeş stadiondan izləyib.

Beləliklə, 5-ci turda 4 min 300 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1075 fanat deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə