Cüdo üzrə dünya çempionatı davam edir

Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşir. SİA-nın məlumatına görə, kişi cüdoçular 90, qadınlar isə 70 kiloqram çəki dərəcəsində mübarizə aparırlar.

Çempionatın beşinci günündə ölkəmizi Məmmədəli Mehdiyev təmsil edəcək. Cüdoçumuz ilk görüşündə Belarus idmançısı Viktor Kliavusau ilə qarşılaşacaq.

Xatırladaqki, sentyabrın 27-dək davam edəcək çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə