“Sportinq” Markos Akunya ilə müqaviləni yeniləyəcək

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sportinq” müdafiəçisi Markos Akunya ilə müqavilə yeniləməyə hazırlaşır. “A Bola” nəşri yazır ki, artıq tərəflər arasında anlaşmanın daha 1 il uzadılması ilə bağlı danışıqlara start verilib. Argentinalı futbolçunun klub rəhbərliyinin yeni təklifi ilə razılaşacağı və yeni sözləşməyə imza atacağı iddia olunur. Qeyd edək ki, 26 yaşlı oyunçunun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə