Qari Keyhill "Zadəganlar"dan ayrılır

“Çelsi”nin müdafiəçisi Qari Keyhill komandadan ayrılacaq. İngilis mediyası yazır ki, bu barədə 32 yaşlı futbolçu özü məlumat verib. O bildirib ki, qış fasiləsində London klubunu tərk etmək istəyir. Keyhillin ehtiyatda qaldığı üçün getmək istədiyi iddia olunur.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2012-ci ildən “Çelsi”də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...