"Heç bir klub Ronaldo üçün “Yuventus”dan daha çox pul təklif etmədi”

“Real”ın prezidenti Florentino Peres yayda Kriştiano Ronaldonu “Yuventus”a satmalarının səbəbini açıqlayıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 71 yaşlı iş adamı klub üzvlərinin iclasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Ronaldo özü getmək istədiyi üçün belə bir qərar verilib: “Ötən yay “Real” üçün ən faydalı satış Ronaldonun “Yuventus”a transferi oldu. O, şəxsi səbəblərə görə özü getmək istədi. Hər şey bir qərarla başladı və biz razılığa gəldik. Heç bir klub Ronaldoya görə “Yuventus”dan daha artıq pul təklif etmədi”.

F. Peres portuqaliyalı superulduzu Alfredo Di Stefanodan sonra klub tarixinin ən yaxşı futbolçusu adlandırıb: “Ronaldo ən xoş sözlərə və böyük təşəkkürə layiqdir. Onun klubumuz üçün etdikləri danılmazdır. Ronaldo Alfredo Di Stefanodan sonra “Real” tarixinin ən yaxşı futbolçusudur”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...