Hidayət Heydərov yarımfinalda, Rüstəm Orucov isə mübarizəni dayandırdı - Dünya çempionatı

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib. SİA-nın məlumatına görə, 21 yaşlı idmançı 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazaari xalı ilə üstələyib.

Yarımfinal və medal görüşləri saat 16:00-da başlanacaq.

73 kq çəkidəki azərbaycanlı digər cüdoçu Rüstəm Orucov isə mübarizəni dayandırıb. Onun 1/8 final mərhələsində monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə görüşü 8 dəqiqə 35 saniyə davam edib. Əlavə vaxtda monqolustanlı cüdoçu vaazari xalı ilə qalib gələrək, mərhələ adlayıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə