Daha bir cüdoçumuz DÇ-nin 1/16 finalına vəsiqə qazandı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən daha bir idmançımız Hidayət Heydərov tatami üzərinə çıxıb. SİA-nın məlumatına görə, o, 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb.

Təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 finala vəsiqə qazanıb. Bu mərhələdə H.Heydərovun rəqibi Sedrik Bessi (Monako) olacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 27-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə