Rüstəm Orucov DÇ-də ilk qələbəsini qazanıb

Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində misirli Mohamed Mohyeldinlə qarşılaşıb. SİA-nın məlumatına görə, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 final mərhələsinə yüksəlib.

Növbəti mərhələdə R.Orucov Birləşmiş Ərəb Əmirliyinin təmsilçisi Viktor Skvortov ilə qarşılaşacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə