Duqlas Kosta bir ay yaşıl meydanlardan uzaq qalacaq

İtaliyanın "Yuventus" futbol klubunun futbolçusu Duqlas Kosta bir ay yaşıl meydanlardan uzaq qalacaq. "Report" "Calciomercato"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi İtaliya klubunun Çempionlar Liqasının I turunda səfərdə İspaniya "Valensiya"sını 2:0 hesabı ilə məğlub etdiyi oyunda ombasından və ayaq biləyindən xəsarət alıb.

Braziliyalı oyunçu sözügedən matçın 66-cı dəqiqəsində Miralem Pyaniçin əvəzinə meydana daxil olsa da, oyunun sonlarında zədələnib və yerini Daniel Ruqaniyə buraxıb.

Qeyd edək ki, Duqlas Kosta İtaliya A Seriyasının IV turunda evdə "Sassuolo"nu 2:1 hesabı ilə məğlub etdikləri matçda rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürdüyünə görə 4 oyunluq cəzalandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə