"Bayer"in futbolçusu Avroliqanın ən yaxşısı seçilib

Futbol üzrə UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Bayer"in (Leverkuzen) yarımmüdafiəçisi Kay Havertz ən yaxşı oyunçu seçilib. O, səsvermədə Pyer-Emerik Obameyanq ("Arsenal"), Ever Baneqa ("Sevilya") və İzet Hayroviçi ("Dinamo" Zaqreb) qabaqlayıb. Qeyd edək ki, K.Havertz "Ludoqorets"lə matçda 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə