"Qarabağ"ın futbolçusu: "Güclü rəqibə uduzduq"

"Ağır oyun oldu. Matçın ilk hissəsini yaxşı keçirdik. Güclü rəqibə uduzduq. "Sportinq"ə qarşı evdə yaxşı oynaya və onlara qalib gələ bilərik". Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu İnnosent Emeqara Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə uduzduqları (0:2) oyundan sonra azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Bir neçə qol imkanından yararlana bilməyən isveçrəli hücumçu Bakıda bu rəqiblə keçiriləcək oyunda yaxşı nəticə qazanmağın mümkün olduğunu bildirib: "Mənim bir neçə şansım oldu. İkinci hissədəki epizodum daha yaxşı idi. Ancaq rəqib qapıçı düzgün mövqeydə dayanmışdı. Növbəti oyunları düşünməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə