Moldovalı idmançı: “Bakıda keçirilən dünya çempionatı məndə çox yaxşı təəssürat yaratdı” - AÇIQLAMA

“Daha öncə gənclər arasında dünya çempionatında çıxış etsəm də, böyüklər arasında ilk dəfədir çıxış edirəm. Bakıda keçirilən dünya çempionatı məndə çox yaxşı təəssürat yaratdı”. Bunu SİA-ya açıqlamasında Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında 66 kq çəki dərəcəsində yarışan moldovalı idmançı Vadim Bunesku deyib.

1/8 finalda qazaxıstanlı cüdoçuya məğlub olan idmançı çempionatda dünyanın ən güclülərinin iştirak etdiyini, görüşlərin çətin keçdiyini bildirib.

O, Azərbaycan cüdoçularının çox güclü rəqib olduqlarını qeyd edib: “Azərbaycan cüdoçuları dünyada ilk onluqdadırlar. Böyüklərdən ibarət yığmanız güclü olsa da, gənc cüdoçularınız daha güclüdür.

Cüdoçu ilk dəfədir Azərbaycana gəldiyini, burada olmaqdan məmnunluğunu ifadə edib. İdmançı dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini bildirib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə