Nicat Şıxəlizadə dünya çempionatına qələbə ilə başladı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 66 kq çəki dərəcəsində yarışan təmsilçimiz Nicat Şıxəlizadə mübarizəyə qoşulub. SİA-nın məlumatına görə, idmançımızın ilk rəqibi misirli Abdelmavqoud Mohamed olub. Cüdoçumuz qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

N. Şıxəlizadə növbəti mərhələdə braziliyalı Daniel Karqninlə üz-üzə gələcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 27-də başa çatacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə