Cüdoçumuz dünya çempionatında mübarizəni erkən dayandırdı

Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatna görə, bu gün 52 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Buyanxişiq Purevsuren ilk görüşündə Böyük Britaniya cüdoçusu Çelsi Gilslə qarşılaşıb. Görüşdə rəqib ipponla qalib gəlib. İdmançımız yarışda mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, bu gün 66 kq çəki dərəcəsində cüdoçumuz Nicat Şıxəlizadə də mübarizəyə qoşulacaq

Dünya çempionatı sentyabrın 27-də başa çatacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə