Bakıda cüdo üzrə DÇ-nin ikinci gününə start verilib

Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə start verilib. SİA-nın məlumatına görə, bu gün qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edəcəklər.

Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Qadınlar

52 kq

1/32 final. Buyankişiq Purevsuren - Çelsi Gilz (Böyük Britaniya)

Kişilər

66 kq

1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 5-ci yeri tutub. Eyni çəkidəki Orxan Səfərov və 48 kq çəkidə yer alan Aişə Qurbanlı isə 1/8 finalda uduzub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB