Okan Buruk “Rizəspor”un yeni baş məşqçi oldu

Türkiyənin “Rizəspor” futbol klubunun yeni baş məşqçi təyin olunub. Super Liqa təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, komandanı Okan Buruk çalışdıracaq. Yeni baş məşqçi ilə 1 illik müqavilə imzalanıb. Okan Buruk bir həftə əvvəl istefaya göndərilmiş İbrahim Üzülməzi əvəz edib. Qeyd edək ki, Okan son olaraq “Akhisarspor”u çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə