Cüdoçumuz dünya çempionatında beşinci oldu

Bakıda keçirilən cüdo üzrə dünya çempionatını yığmamızın üzvü Kəramət Hüseynov beşinci pillədə başa vurub. SİA-nın məlumatına görə, bürünc medal uğrunda görüşdə cüdoçumuz gürcüstanlı Amiran Papinaşviliyə məğlub olub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatı sentyabrın 27-də başa çatacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə