FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. SİA xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə üç pillə geriləyib.

UEFA Millətlər Liqası çərçivəsində Bakıda Kosovo ilə qolsuz bərabərliyə, səfərdə isə Malta ilə 1:1 hesablı heç-heçə oynayan yığmamız hazırda 1202 xalla 108-ci pillədə qərarlaşıb.

Reytinqə Belçika başçılıq edir (1729,25 xal). Son dünya çempionu Fransa ikinci (1729,12 xal), Braziliya isə üçüncüdür (1663).

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...