Cüdoçumuz DÇ-nin bürünc medalı uğrunda həlledici görüşə çıxacaq

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatının təsəlliverici görüşünü qələbə ilə başa vurub. SİA-nın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançımız Koreya Xalq Demokratik Respublikasından olan Yon Qvon Kimə qalib gəlib. O, bürünc medal uğrunda həlledici görüşə çıxacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatı sentyabrın 27-dək davam edəcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə