MOK-un departament direktoru Beynəlxalq marketinq seminarında iştirak edib

17-19 sentyabr 2018-ci il tarixlərində İspaniyanın Madrid şəhərində təşkil edilmiş beynəlxalq marketinq seminarı başa çatıb. Seminar Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi və Marketinq Televiziya Xidmətləri idarəsi, həmçinin İspaniya Olimpiya Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. SİA-nın məlumatına görə, seminarda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsini martketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edib. Tədbirdə 55 ölkədən 70 nəfərə yaxın nümayəndə, rəsmi və qonaq iştirak edirdi. Bu ilki seminara ilk dəfə olaraq Beynəlxalq Paralimpiya Komitəsinin də nümayəndələri dəvət olunublar.

Üzv Milli Olimpiya Komitələri üçün beynəlxalq marketinq seminarı 2016-ci ildə təşkil edilir. Seminarın təşkilində əsas məqsəd Olimpiya Gündəliyi 2020 sənədinin tövsiyyələrinə uyğun olaraq üzv Milli Olimpiya Komitələrinə təmsil olunduqları ölkələrdə marketinq fəaliyətlətini genişləndirməkdə kömək etməkdir. Bu dəfəki seminarın Madriddə təşkilinin əsas səbəbi MOK-a bu şəhərdə fəaliyyət göstərən Olimpiya Yayım Xidməti və Olimpiya Kanalı Xidməti ilə daha yaxından tanış etmək idi.

3 günlük seminar zamanı aşağıdakı mövzulara dair MOK nümayəndələrinə dair BOK-un

* Sürətlə yeniləşən və genişlənməkdə olan marketinq və televiziya xidmətləri, rəqəmsal informasiya texnologiyalarından (o cümlədən sosial media) istifadəyə dair yeni qaydalar və müvafiq təlimatlar;

* 06-18 oktyabr 2018-ci il tarixlərində Argentinanın Beunos Aires şəhərində keçiriləcək Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunları zamanı tətbiq ediləcək marketinq və İKT yenilikləri;

* Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunları zamanı Oyunların yayımında Olimpiya Yayım Xidməti və Olimpiya Kanalı Xidmətinin rolu, müvafiq sahədə üzv MOK ilə əməkdaşlıq;

* XXXII Tokyo 2020 Yay Olimpiya Oyunlarının təşviqi;

* Olimpiya Oyunlarının Ümümudünya Tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsinə dair BOK-un tövsiyyələri və dəstəyi

Tədbir boyu Mehman Kərimov Olimpiya Kanalı Xidmətinin rəhbəri Mark Parkman, BOK-un Kommersiya İnteqrasiyası üzrə vitse-prezidenti xanım Elisabeth Allaman, P&G şirkətinin Kommunikasiya üzrə rəsmisi xanım Kathryn Davies, bir sıra MOK rəsmiləri ilə görüşüb Bakı 2015 Avropa Oyunlarından sonra Azərbaycan Milli Olimpiya Komitəsinin marketinq sahəsində həyata keçirdiyi layihələr və əldə etdiyi uğurlar haqqında danışmış, birgə əməkdaşlığa dair planları müzakirə edib.

Qeyd etmək lazımdır ki, seminarın 2-ci günü Beynəlxalq Olimpiya Komitəsinin dünyanın aparıcı sığorta və maliyyə xidmətləri şirkəti olan Allianz ilə olan tərəfdaşlığı imzalandı. Beləliklə Allianz BOK-un və Olimpiya Oyunların Ümümdünya Tərəfdaşlığı (World TOP) proqramına qoşulan sayca 5-ci, ümumilikdə 14-cü tərəfdaş oldu. Allianz ilə olan əməkdaşlıq 2021-2028-ci illəri əhatə edir.

BOK ilə 2016-ci ildən etibarən Ümumdünya Tərəfdaşlığına qoşulan şirkərlər Toyota, Bridgestone, INTEL və Alibaba olnub.

Bütün xəbərlər Facebook səhifəmizdə