Cüdoçumuzun təsəlliverici görüşdə rəqibi müəyyənləşib - Dünya çempionatı

Xəbər verdiyimiz kimi, cüdoçumuz Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatının təsəlliverici görüşündə iştirak edəcək. SİA-nın məlumatına görə, artıq idmançımızın rəqibi müəyyənləşib. Bürünc medala gedən yolda K.Hüseynov Koreya Xalq Demokratik Respublikasından olan cüdoçu Yon Qvon Kim ilə üz-üzə gələcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən çempionat sentyabrın 27-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə