Aişə Qurbanlı: “Məşqçinin tapşırığını yerinə yetirə bilmədiyimə görə məğlub oldum” - AÇIQLAMA

“Məşqçinin tapşırığını yerinə yetirə bilmədiyimə görə məğlub oldum”. Bunu SİA-ya açıqlamasında Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının 1/8 finalında aregentinalı idmançı Paula Paretoya məğlub olaraq mübarizəni dayandıran cüdoçumuz Aişə Qurbanlı deyib.

O, rəqibinin çox güclü idmançı olduğunu bildirib: “Argentinalı cüdoçu dünyada tanınmış idmançıdır. Rəqibim olimpiya mükafatçısı idi. Mən adi rəqibə uduzmamışam”.

Qeyd edək ki, dünya çempionatında fərdi mübarizəyə, ümumilikdə, 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılıb. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunur. Mundiala sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə