Kəramət Hüseynov təsəlliverici görüşlərdə iştirak edəcək - Dünya çempionatı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Kəramət Hüseynov ¼ finalda ikiqat dünya çempionu, "Rio-2016" Yay Olimpiya Oyunlarının mükafatçısı Yaponiya təmsilçisi Naohisa Takato ilə qarşılaşıb. SİA-nın məlumatına görə, rəqib ipponla qalib gəlib.

K.Hüseynov dünya çempionatının təsəlliverici görüşlərində iştirak edəcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə