Kəramət Hüseynov 1/4 finalda - Dünya çempionatı

Cüdoçumuz Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında uğurlu çıxışını davam etdirir. SİA-nın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz ispaniyalı Fransisko Qarriqos ilə görüşdən qalib ayrılıb. 1/4 finalda idmançımız ikiqat dünya çempionu, "Rio-2016" Yay Olimpiya Oyunlarının mükafatçısı Yaponiya təmsilçisi Naohisa Takato ilə qarşılaşacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə