Daha bir cüdoçumuz DÇ-yə qələbə ilə başladı

Çüdoçumuz Kəramət Hüseynov Bakıda Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatında ilk görüşünü keçirib. SİA-nın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız belçikalı Joran Şildermansa ipponla qalib gələrək növbəti mərhələyə adlayıb.

Cüdoçumuz növbəti mərhələdə “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi, “Bakı-2015” ilk Avropa Oyunlarının qızıl medalçısı, üçqat Avropa çempionu rusiyalı Beslan Mudranov ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə