Orxan Səfərov Bakıda dünya çempionatında birinci qələbəsini qazandı

Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Orxan Səfərov ilk görüşünü qələbə ilə başa vurub. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan O.Səfərov monqolustanlı Amartuvşin Bayaraanı məğlub edib. Növbəti mərhələdə idmançımız Edvin Sello (Botsvana)-Abdou Bin Nazir (Madaqaskar) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, 60 kq çəkidə bu gün həmçinin Kəramət Hüseynov da mübarizəyə qoşulacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə