Azərbaycan cüdoçusu Bakıda keçirilən DÇ-yə qələbə ilə başladı

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə start verilib. SİA-nın məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyeslə qarşılaşıb. İdmançımız rəqibinə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. O, avstraliyalı Hain Karoline ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün kişilərin yarışında isə 60 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Azərbaycan yığmasını bu çəkidə Orxan Səfərovla Kəramət Hüseynov təmsil edəcəklər. Onların hər ikisi mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar.

Qeyd edək ki, fərdi mübarizəyə, ümumilikdə, 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılıb. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunur. Mundiala sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə