Berluskoni “Montsa” klubunu alıb

“Milan” futbol klubunun keçmiş prezidenti Silvio Berluskoni İtaliyanın 3-cü liqasında çıxış edən “Montsa” klubunu alıb. Bu barədə sözügedən klubun prezidenti Nikola Kalombo məlumat verib. O bildirib ki, Berluskoni “Montsa”nın səhmlərinin 95 faizini alıb. Qalan 5 faiz isə Kalomboya məxsus olacaq. Berluskoni 1986 - 2017-ci illərdə “Milan”ın sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə