"Oynamaq üçün Firminoya göz lazım deyil"

"Məncə, Firminoya futbol oynamaq üçün göz lazım deyil. Bunu özünə də dedim". Bu sözləri "Liverpul"un futbolçusu Sadio Mane "Sky Sports"a açıqlamasında deyib. İngiltərə Premyer Liqasının son turunda gözündən zədə alan Firminonun görməsində problem olsa da, Çempionlar Liqasının qrup mərhələsində ötən gün PSJ ilə matçda meydana çıxaraq qol vurmağı bacarıb. S.Mane komanda yoldaşının bu əzmkarlığı barədə fikirlərini bildirib: "Mən bazar ertəsi ona mesay yazdım ki, sən bizə lazımsan. Siz ki, hamınız onun qol vurmağını gördünüz. O, qapıya tərəf baxmırdı. Ona görədə də düşünürəm ki, oynamaq üçün Firminoya göz lazım deyil".

Xatırladaq ki, "Liverpul" - PSJ oyunu 3:2 meydan sahiblərinin xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə