Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah “Qarabağ”ı qəbul edəcək “Sportinq” oyuna ciddi itkilərlə çıxacaq. “A Bola” nəşri yazır ki, Lissabon təmsilçisinin iki aparıcı üzvü – Bas Dost və Markus Vendel təmsilçimizlə matçı buraxacaq. Hər iki futbolçu zədə səbəbindən meydana çıxa bilməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə