Duqlas Kosta rəqibin üzünə tüpürdüyü üçün cəzalanıb

“Yuventus”un futbolçusu Duqlas Kosta "Sassuolo" ilə oyunda rəqib futbolçu Di Françeskonun üzünə tüpürdüyü üçün sərt cəzalanıb. SİA-nın məlumatına görə, Braziliya millisinin üzvü 4 oyunluq cəza alıb.

Kosta qarşılaşma zamanı Di Françeskoya dirsəklə, sonra təpiklə və kəllə ilə vurub. Braziliyalı vinqer son saniyələrdə italiyalı futbolçu ilə dialoq zamanı onun üzünə tüprüb. 29 yaşlı futbolçu açıqlamasında üzr istəsə də, Di Françeskonun ona qarşı xoş sözlər demədiyi üçün bu addımı atdığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə