Bakıda keçiriləcək DÇ 190-dan çox ölkəyə yayımlanacaq

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıdakı dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb. SİA-nın məlumatına görə, yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var. Bu il auditoriya rekord əhatə dairəsinə çatacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq.
86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış AZTV (İdman Azərbaycan) və CBC Sport telekanalları vasitəsilə yayımlanacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə