"Roma" Madridə ciddi itkilərlə yollanır

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda səfərdə "Real"ın qonağı olacaq "Roma" oyuna ciddi itkilərlə çıxacaq. İtaliya klubunun rəsmi saytında yer alan xəbərə görə, "canavarlar"ın yeni transferləri Xavyer Pastore və Ante Çoriç zədə səbəbindən vacib matçı buraxmalı olacaqlar. Komandanın baş məşqçisi Eusebio Di Françesko hər iki oyunçunun meydana çıxacağına ümid etsə də, həkimlər futbolçuları oynatmamağı məsləhət görüblər.

Qeyd edək ki, "Real" - "Roma" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...