"Arsenal"ın icraçı-direktoru "Milan"a keçib

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal"da gözlənilən ayrılıq gerçəkləşib. Klubun rəsmi saytında yer alan xəbərə görə, "topçular"ın icraçı-direktoru İvan Qazidis "Milan"a keçib. O, İtaliya klubunda da eyni vəzifədə çalışacaq. Afrika əsilli yunanıstanlı futbol funksioneri yeni işinə dekabrın 1-də başlayacaq. İllik gəliri isə 4 milyon avro olacaq.

Artıq Qazidisin yerinə təyinatlar olub. Maraqlıdır ki, onun vəzifəsini iki şəxs - Raul Sanley və Vinay Vankateş yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...