Millimiz Bakıda “Uraloçka” klubuna qalib gəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Bakıda davam etdirir. SİA-nın məlumatına görə, millimiz Bakı toplanışı çərçivəsində Azərbaycan Voleybol Mərkəzində Rusiyanın “Uraloçka” klubu ilə yoxlama oyunu keçirib. Görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz toplanış çərçivəsində Rusiyanın digər klubu “Dinamo Krasnodar” ilə yoxlama oyununda da gücünü sınayıb və 3:0 hesabı ilə üstün olub.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq. Millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...