AFFA cərimə və cəzaları açıqlayıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

14 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 74 №-li futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

15 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IV turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

“Səbail” – “Zirə” matçında “Zirə” komandasının heyətində limit pozulmuşdur. Belə ki, turnirin reqlamentinə əsasən protokola 1998 - ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməlidir. “Zirə” komandası protokola 1998 - ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etmədiyinə görə, oyunun nəticəsi ləğv edilir, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 97).

16 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IV turunun “Sabah” – “Qəbələ” matçının 75-ci dəqiqəsində “Sabah” klubunun 19 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

13 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionunun III turunun “Turan Tovuz” – MOİK matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

13 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionunun III turunun “Qaradağ Lökbatan” – “Keşlə-2” matçının 42-ci dəqiqəsində “Keşlə-2” klubunun 66 №-li futbolçusu Qayalı Murad ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

14 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionunun III turunun “Sabah-2” – “Zaqatala” matçında “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 45+1-ci dəqiqəsində “Zaqatala” klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

12 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının I turunun “Xəzər-Cənub” – “Neftçi” İK İB matçının 40-cı dəqiqəsində “Neftçi” İK İB klubunun 6 №-li futbolçusu Mühəmməd Katebi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

16 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının I turunun “Bədr FK Xocalı” – “Advokat” matçının 26-cı dəqiqəsində “Bədr FK Xocalı” klubunun 7 №-li futbolçusu Ceyhun Mürşüdlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

16 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının I turunun “Baker Tilly” – “Hövsan” matçının 16-cı dəqiqəsində “Hövsan” klubunun 4 №-li futbolçusu Ruslan Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB