Milli komandamız dörd medal uğrunda mübarizə aparacaq

Bu gün Karate üzrə Azərbaycan milli komandası Almaniyada keçirilən turnirdə dörd medal uğrunda mübarizə aparacaq. SİA-nın verdiyi məlumata görə, nüfuzlu turnirin son yarış günündə final görüşlərində Rafael Ağayev (75 kq) Yusey Sakiyama (Yaponiya) ilə, İrina Zaretska (68 kq) isə Eda Eltemurla (Türkiyə) qarşılaşacaq.

Bürünc medal uğrunda mübarizədə Firdovsi Fərzəliyev (60 kq) Kisar Alpisbayla (Qazaxıstan), Şahin Atamov (84 kq) isə Conatan Hörne (Almaniya) ilə görüşəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə